• $
  • £

“Qalatasaray”ın cəzası artırıla bilər

“Qalatasaray”ın cəzası artırıla bilər
06.10.2016 17:13
Türkiyənin "Qalatasaray” klubunun avrokuboklardan uzaqlaşdırılması cəzasının müddəti artırıla bilər.
 
Apasport.az saytının məlumatına görə, bu barədə İstanbul klubunun sabiq idarəçisi Adnan Öztürk məlumat verib.
 
Yerli mətbuata açıqlama verən Öztürk hazırkı klub rəhbərliyini tənqid atəşinə tutub. O iddia edib ki, UEFA avrokuboklardan 1 illik uzaqlaşdırdığı "sarı-qırmızılar”ın cəza müddətini gələn il artıracaq.
 
Öztürk fikrini belə əsaslandırıb: "Klub rəhbərliyi qənaət edəcəyini, zərəri azaldacağını demişdi. Amma bunların heç biri olmadı. UEFA-dan 1 illik cəza aldıq. Gələn il də eyni cəzaya məruz qalacağımızı görəcəksiz. Klubun 6 aylıq zərəri 79 milyon Türkiyə lirəsinə bərabərdi. Bu isə o deməkdi ki, "Qalatasaray”ın 1 ildə 160 milyon lirə zərəri olacaq”.
 
Qeyd edək ki, UEFA "Qalatasaray”ı bu ilin mart ayında bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Buna klubun Maliyyə "Fair Play”inin tələblərini pozması səbəb olub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol