• $
  • £

Abdolbari Gözəl: “Qurban Qurbanov dövlət içində dövlətdir”

Abdolbari Gözəl: “Qurban Qurbanov dövlət içində dövlətdir”
07.10.2016 16:39
"Mən Qurban Qurbanovdan hesabları tez-tez soruşmuram”.
 
Apasport.az saytının xəbərinə görə, bu sözləri "Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl deyib.
 
Ağdam klubunun rəhbəri bu mövsüm çempionluq yolunda əsas rəqibləri olan "Qəbələ”ni tərifləyib: "Bu yaxınlarda eşitdim, deyirlər ki, Azərbaycanda güclü futbol klubu yoxdu, biz də rəqabət hiss edək, səviyyəmizi artıraq. Amma o gün "Qarabağ" getdi Qəbələyə və məğlub oldu. Dedim ki, al, bu da sənə rəqabət”.
 
Gözəl qeyd edib ki, "Qarabağ”a maliyyə dəstəyi azaldılmayıb: "Qarabağ”a maliyyə dəstəyimizi azaltmamışıq. "Qarabağ” həm Azərbaycan, həm də bizim üçün qürur mənbəyidi. Mənim "hava atmaq”la işim yoxdu. Pul qazandıqca, onu son qəpiyinə qədər, cibimizə qoymadan, "Qarabağ”a xərcləyəcəyik. Nə vaxt ki, gücümüz tükənər, bayrağı endirərik, o zaman biri gəlib, bu bayrağı qaldırar. "Qarabağ”ı əlimizdən gəldiyi qədər dəstəkləməkdə davam edəcəyik. "Qarabağ” Azərbaycan üçün sıradan deyil, mənəvi klubdu. Bu komanda Dağlıq Qarabağın Azərbaycana aid olmasına bir sübutdu. Müxalif, təcavüzkar ölkə çox təəccüblənib ki, bu ad hardan çıxdı, nə etdilər, bunu hansı məbləğə almaq olar? Amma klubumuz satılmır. Biz onu saxlayacağıq, bu, bizim boynumuzun borcudu”.
 
"Qarabağ”ın son oyunlarına münasibət bildirən A. Gözəl bunları deyib: "O gün mən də bir az üzüldüm. Amma futbol belədi, futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya məğrurlaşır, ya da "havaya girirlər”. Eyni tempdə olmurlar. "Barselona” 900 milyon dollarlıq klubdu. O gün qarşısındakı rəqib 80 milyon dəyərində idi. Dedim ki, "Barselona” yüz faiz qələbə qazanar. Amma "Barselona”ya 4 qol vurdular. Belə şeylər məni bir az rahatladır. Klubun üstünə getməyə hazırlaşırdım. Daha qıymıram. Bu, Qurban müəllimin işidi. Qurban dövlət içində dövlətdi. Nə istəsə, edir. Gileylənəcəkdim, amma "Barselona”nın məğlubiyyətini gördükdən sonra fikrimi dəyişdim. O hərdən geri, hərdən irəli gedəcək. Amma "Qəbələ” də hazırda çox güclü klubdu. Belə bir komandanın olmağı həm "Qarabağ”ın, həm də "Qəbələ”nin xeyrinədi".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol