• $
  • £

"Sotomayora bir milyon verilməyib ki, ölkəsinə aparsın"

07.10.2016 20:16
"Sotomayor sabah Bakıya qayıdır və onun ölkədən 1 milyon dollar çıxardığına dair xəbərlər həqiqətə uyğun deyil". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Boks Federasiyasının baş katib Nağı Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 64 kq çəki dərəcəsində gümüş medal qazanmış Lorenso Sotomayorun bir müddət əvvəl 1 milyon manatla Azərbaycandan ölkəsi Kubaya qayıtdığına dair xəbərlərə münasibət bildirərkən deyib. 

N.Səfərov kubalı legionerin bu qədər vəsaiti Azərbaycandan kənara aparmasının qanunla qeyri-mümkün olduğunu bildirib: "Azərbaycan qanunlarına əsasən, heç kəs ölkədən 10 min dollardan artıq pul apara bilməz. Axı Sotomayor bir milyonu necə çıxara bilər? Bundan əlavə, Sotomayora bir milyon verilməyib ki, aparsın. Heç olimpiya çempionuna o qədər pul verilmir. Bu, reallığı əks etdirmir və belə xəbərlərə fikir vermək lazım deyil".

Baş katib nəinki Sotomayorun, "Rio-2016"da çıxış etmiş boksçulardan heç birinin hələ karyerasını başa vurmaq istəmədiyini deyib: "Bir dəfə Alber Səlimov belə bir söz demişdi. Yaşla əlaqədar getmək istədiyini bildirmişdi. Amma hələ dəqiq heç nə yoxdur. Azərbaycanlı idmançıların zəif olduğu çəkidə legionerə ehtiyac duyulur. Bizdə də Məhəmmədrəsul Məcidovun çəkisi elə idi. Ümumiyyətlə bütün dünyada ağır çəkili boksçular çətin tapılır".

Federasiya rəsmisi baş məşqçi Pedro Rokun yığmadakı aqibəti barədə də danışıb: "Təxminən 10 günə bu barədə qərar veriləcək. Baş məşqçi ilə yollar ayrıla da bilər. Ola bilsin, getməsinlər, qalsınlar. Hər olimpiya tsiklində baş məşqçi ilə yeni müqavilə bağlanılır. İndi necə olacaq, müqavilə imzalanacaq, ya yox, buna qərar veriləcək". 

Qeyd edək ki, kubalı Pedro Rokun rəhbərliyi altında Azərbaycan boksçuları "Rio-2016"da 2 medal qazanıb. Lorenso Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib olub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol