Dünyanın ən nüfuzlu 500 müsəlmanı - İlham Əliyev də siyahıda
İordaniyanın Amman şəhərində yerləşən Strateji Araşdırmalar üzrə İslam Mərkəzi və Amerikadakı İslam-Xristian Dialoqu Mərkəzinin hazırladığı "Muslim 500-2017” siyahısında siyasət, idman, səhiyyə, elm və s. sahələrdə ən nüfuzlu dünya müsəlmanlarının adı yer alıb.
ANN.Az modern.az-a istinadən xəbər verir ki, siyahıya Misir sünnülərinin lideri Şeyx Əhməd Məhəmməd əl-Tayyib başçılıq edir. Növbəti yerlərdə İordaniya kralı Abdullah (2), Səudiyyə Ərəbistanı kralı Salman Ben Əbdüləziz Əl-Saud, 4-cü pillədə isə İranın ali dini lideri Seyid Əli Xameneyidir. İraq şiələrinin lideri Seyid Əli Sistani 7-ci, Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan isə 9-cu yerdə qərar tutub.
Ən nüfuzlu siyasi liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alıb. Onunla yanaşı, ən nüfuzlu 500 müsəlman siyahısında Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Çeçenistan rəhbəri Ramzan Kadırovun da adı var.
www.ann.az