• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Azərbaycan OPEC-in bugünkü iclasında iştirak etməyəcək

Azərbaycan OPEC-in bugünkü iclasında iştirak etməyəcək
12.10.2016 12:38
Azərbaycanın energetika naziri Natiq Əliyev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin bu gün İstanbulda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
 
"Report”un əldə etdiyi məlumata görə, oktyabrın 9-13-də Türkiyədə keçirilən XXIII Dünya Energetika Konqresinə qatılan nazir artıq Azərbaycana qayıdıb.

"Bloomberg”in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid bin Əbdüləziz əl Fəlih də üzv ölkələrin arasında razılığın əldə edilməməsi səbəbindən vətənə qayıdıb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən "Report”a bildirilib ki, N.Əliyev Azərbaycana səfəri planlaşdırılan və sonradan təxirə salınan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşılamaq üçün geri dönüb: "Nazir Natiq Əliyev Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri olduğu üçün Qazaxıstan Prezidentinin qarşılanma mərasimində iştirak etməli idi. Digər tərəfdən bu görüş məlumat xarakterli olduğundan və Azərbaycanın mövqeyinin ölkə başçısı səviyyəsində çatdırıldığı üçün nazirin İstanbulda qalıb görüşdə iştirak etməsi məqbul hesab edilməyib”.

Qeyd edək ki, OPEC-in nazirlər toplantısı XXIII Dünya Enerji Konqresi çərçivəsində baş tutmalıdır.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol