• $
  • £

Löv: "Bakıdakı görüş qrupun top-oyunu olacaq"

Löv:
12.10.2016 23:45
"Seçmə mərhələ start götürəndə hədəfimiz qrupu I pillədə başa vurmaq idi. İddiamızı sona qədər davam etdirəcəyik".

ANN.Az apasport.az-a istinadən bildirir ki, bunu Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv deyib.

DÇ-2018-in seçmə mərhələsinə ardıcıl qələbələrlə başlayan Bundestim ilk 3 turdan sonra 9 xalla C qrupuna başçılıq edir. Almanların ən yaxın izləyicisi isə aktivində 7 xal olan Azərbaycan millisidi.

Löv Şimali İrlandiya ilə (2:0) dünənki qarşılaşmadan sonra keçirilən mətbuat konfransında millimizin çıxışına da münasibət bildirib.

56 yaşlı mütəxəssis Robert Prosineçkinin komandasından çəkindiklərini etiraf edib: "Məqsədimiz bəllidi və buna nail olmaq üçün sona qədər mübarizəmizi davam etdirəcək, bir an olsun arxayınlaşmayacağıq. Bunun üçün də stabilliyi qorumaq vacibdi. Üzərimizdə daim işləyir, inkişaf etməyə çalışırıq. Hazırda Azərbaycan yığması turnir cədvəlində bizim ən yaxın izləyicimizdi. Gələn ilin mart ayında da onlarla qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top-oyunu olacaq".

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı V tur çərçivəsində martın 26-da keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol