• $
  • £

Azərbaycan cüdosu dünya reytinqində ilk onluqda

Azərbaycan cüdosu dünya reytinqində ilk onluqda
13.10.2016 18:00
Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün maraqlı medal statistikası dərc edib.

ANN.AZ oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası bu statistikada 48 medal (13 qızıl, 9 gümüş və 26 bürünc) qazanaraq səkkizinci yerdə qərarlaşıb. 

Milli komandamız üçün ilin birinci yarısı daha məhsuldar olub. Vüqar Şirinlinin (60 kq) qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə öz təsirini göstərib. Əgər daha böyük uğurlardan bəhs etsək, o zaman Rüstəm Orucovun (73 kq) çıxışını qeyd etmək lazımdır. IJF-in reytinq cədvəlində milli komandamızın üzvü ilk yerdə qərarlaşıb. 

Gümüş medal qazandığı Rio Olimpiadasına qədər o, Kazanda keçirilən Avropa çempionatında və Havana "Qran-Pri”sində qızıl medal sevincini yaşayıb. Düsseldorf "Qran-Pri”sində ikinci, Qvadalaxaradakı "World Masters” və Bakı "Böyük Dəbilqə”sində isə üçüncü olub. Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda "World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdur (100 kq). Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhvəsini verib.

Dünya reytinqinə isə 48 qızıl, 20 gümüş və 30 bürünc medalla Yaponiya başçılıq edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol