• $
  • £

"Azərbaycan açıq oyun göstərsəydi..." - Çeviyalı futbolçu

13.10.2016 21:18
"Millinin heyətində çıxış etmək mənim üçün fəxrdi. Baş məşqçinin güvənini yüksək qiymətləndirirəm". 

Bu sözləri Çexiya yığmasının futbolçusu Lukaş Droppa deyib.
 
ANN.AZ apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə matçda 27 yaşlı yarımmüdafiəçi ilk dəfə çexlərin start heyətində meydana çıxıb.

Bu görüşlə (0:0) bağlı ölkəsinin mətbuatına açıqlama verən Droppa nəticədən məyusluğunu gizlətməyib. O bildirib ki, qeydə alınan nəticədə Azərbaycan millisinin müdafiə futbolu oynamağı rol oynayıb:
 
"Azərbaycanla matçda məni dəstəkləmək üçün Banikdən Ostravaya təxminən 30 yaxın adamım gəlmişdi. İstəyirdim ki, onları qələbə ilə sevindirim. Əfsuslar olsun, alınmadı. Çox məyus oldum. Biz Ostravaya qələbə üçün gəlmişdik. Bunun baş tutmaması əhvalımızı korladı. Üstün tərəf biz idik. Azərbaycan yığmasının cərimə meydançamız daxilindən qapımıza doğru zərbəsi vurmağı yadıma gəlmir. Əsas diqqətlərini müdafiə olunmağa yönəltmişdilər. Bizim isə 2-3 real qol imkanımız oldu. Vəziyyəti dəyişməli idik. Əgər Azərbaycan bizimlə açıq oyun göstərsəydi, böyük hesabla qalib gələrdik".

Droppa Çexiya yığmasının qol və qələbə üzünə həsrət qalmasına da toxunub:
 
"Yığmaya dəstək olmaq lazımdı. Mübahisə etməklə heç nə olmur. Bir şeyi həddindən artıq istəyəndə bəzən alınmır. Azərbaycan yığmasının uğuru Norveçlə oyundan başladı. Onlar öz meydanlarında 1:0 hesablı qələbə qazanıb, bura gəlmişdilər. Biz isə bəxtsizliklə üzləşmişik".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol