• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

FED: Faiz dərəcələri gözləniləndən daha tez artırılmalıdır

FED: Faiz dərəcələri gözləniləndən daha tez artırılmalıdır
14.10.2016 17:13
"Faiz dərəcələrini gözləniləndən daha tez bir vaxtda artırmaq məcburiyyətində qala bilərik".
 
"APA-Economics" xəbər verir ki, bunu Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren (Eric Rosengren) CNBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, FED-in uzun müddət gözləmə mövqeyində olması faiz dərəcələrində daha kəskin yüksəlişə səbəb ola bilər: "İqtisadiyyat tam məşğulluq və inflyasiya hədəfinə yaxınlaşıb və faizlər artırılmalıdır. Dekabrda faiz dərəcələrinin artırılması daha münasibdir".
 
E. Rozenqren Federal Ehtiyatlar Sisteminin (FED) toplantılarında səsvermə hüququna malikdir.
 
Qeyd edək ki, FED-in növbəti iclası noyabrın 2-3-də baş tutacaq.
 
Əlavə edək ki, investorlar bu gün ABŞ-da pərakəndə satışlarla bağlı açıqlanan statistikanı və Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin və Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqrenin açıqlamalarına köklənib. Statistika artıq açıqlanıb. Analitiklərin proqnozlaşdırdığı kimi, pərakəndə satışlar sentyabr ayında 0,6% artıb.
 
Statistika açıqlanandan sonra diqqətlər C. Yellen və E. Rozeqrenə yönəlib.
 
Açıqlanan statistika və E. Rozenqrenin açıqlamaları dolların məzənnəsinə müsbət təsir edəcəyi şübhəsizdir.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol