• $
  • £

Qurban Qurbanov: "Onu hәyatda bağışlamamışam"

Qurban Qurbanov:
19.10.2016 21:01
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirləcək "Qarabağ” – PAOK matçından öncə təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- 3-cü oyunumuzdu. Hamımız üçün bu matç çox əhəmiyyətlidi. Yaxşı nəticə əldə etmək üçün ən düzgününü əldə etməliyik. Komandam oyuna hazırdı. Hamı ilə rəqibi ətraflı müzakirə etmişik. PAOK-un 4 xalı var. Çalışıb, ən yaxşı nəticə əldə etmək üçün ən doğrusunu edək.

- Son oyunun 1-də məğlub olublar. 6 səfər matçında isə yenilməyiblər...

- Futbol elə bir oyundu ki, məğlubedilməz komanda yoxdu. Hamının pik nöqtəsi olur. Bunu nəzərə almışıq. Nə qədər ciddi rəqib olsa da qələbə bizə daha çox lazımdı. Rəqibin üstün tərəflərinin qarşını alıb, öz oyunumuzu göstərməyə çalışacağıq. Alınacaq ya yox, bu komandaya qalib gəlmək üçün bütün vasitələrdən istifadə etmək istəyirik.

- Sabiq "Qəbələ”li Fakundo Pereyranın rəqib komandada olmasını "Qarabağ”ın əlehinə olan amil saya bilərik?

- Ola bilər, bəzi məlumatları məşqçiyə ötürsün. Amma rəqibin baş məşqçisi "Slovan”la matçımızı izləyib. İldən-ilə yeniliklər olur. Nə qədər yeni məlumat toplanılsa məşqçi üçün bu, daha çox faydalı olar.

- Rəşad Sadıqovun durumu nə yerdədi? Bundan başqa, matça çox az – 7 min bilet satılıb...

- Açığı, sabah Rəşadın oynayıb-oynamayacağını dəqiq bilmirəm. Təkcə dünən komanda ilə məşq edib. Amma onun ehtimalı çoxdu. Baxmayaraq ki, sabahkı matça tam hazır deyil. Həkimlər və Rəşadın özü ilə danışılacaq. Həkimlər ağrıları aradan qaldırmaq üçün əlindən gələni etməlidlər. Sayları az olsa belə azarkeşlərdən həmişə razı qalmışıq. Sabaha vaxt çoxdu, düşünürəm lazımi qədər adam gələcək. Çalışıb, azarkeşlərmizi geri – stadiona qaytarmalıyıq.

- Sabah hansı ev tapşırıqları olacaq?

- Bəli, olacaq. Bütün tapşırıqlardan istifadə etməyə çalışacağıq. Yunanlar xarakterli millətdi. Ola bilsin, meydanda gözəl oyundan çox, döyüşkən mübarizə oldu.

- Meydança durumundan razısnız?

- Tam hazır deyil. Ola bilər bu oyundan sonra meydançada problem olsun, amma buna baxmayaraq, qısa müddətdə aradan qaldırlacaq prolemdi. Əgər yağışlı hava olsa, mümkündü ki, nəsə olsun.

- Sabah meydanda 2 hücumçu görə bilərik?

- Bəzən hücuma çıxanda 5-6 oyunçumuz irəlidə olur. Sistemdən-sistemə fərq var. Öz oyunumuzdan kənara çıxmamağa çalışırıq. Əlavə hücumçualrı matçın gedişində meydana buraxırıq. Oyunun gedişatında biləcəyik.

- Sabah meydanda döyüşkən heyət görə biləcəyik?

- İnanmıram ki, komandamızda döyüşkən olmayan futbolçu olsun. Oyunçuda idman xarakteri olmas nəticə vermək çətindi. Sadəcə, millidən qayıdanlar inamlı olmalıdılar. Bu səviyyədə nə qədər oyun keçirsələr təcrübələri o qədər artar. Həmişə döyüşkən ruhlu futbolçuları meydana buraxıram.

- Elvin Yunuszadəni bağışlamısınız?

- Həyatda yox, amma futbolda bağışlamışam. Dünən komanda ilə məşqlərə başlayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol