• $
  • £

"Qarabağ" oyuna itkilərlə çıxacaq

20.10.2016 15:01
"Qarabağ" komandası Avropa Liqasında Yunanıstan PAOK-u ilə bu gün keçirəcəyi III tur matçına futbolçu itkiləri ilə çıxacaq.
 
Klubdan "Report"a verilən məlumata görə, hücumçu Reynaldo və yarımmüdafiəçi Migel Madera görüşü buraxmalı olacaq. 

Hər iki oyunçu son məşqlərdə zədələnib. Eyni problemlə üzləşən kapitan Rəşad Sadıqovun meydana çıxıb-çıxmayacağı isə hələ bilinmir. Bundan başqa İtaliya "Fiorentina"sı ilə II tur matçında qırmızı vərəqə almış Cavid İmamverdiyev bugünkü oyunu buraxacaq.  

Klubdan PAOK-la görüşə 15 minədək biletin satıldığı da açıqlanıb. Satış göstəricisinin aşağı olması yağışlı hava şəraiti ilə əlaqələndirilir. Artıq iqlim şəraitində qismən mülayimləşmə müşahidə olunduğundan və biletlərin çoxu oyun günü alındığından, bu göstəricinin 20-25 min nəfərədək yüksələcəyi gözlənilir. 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək J qrupunun oyunu saat 21:00-da başlayacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol