• $
  • £

Roman Qriqorçuk: “Nəticə bizim üçün təəccüblü olmadı”

Roman Qriqorçuk: “Nəticə bizim üçün təəccüblü olmadı”
21.10.2016 09:08
"Bu nəticə bizim üçün təəccüblü olmadı”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Sent-Etyen”lə qarşılaşan "qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı minimalhesablı məğlubiyyəti dəyərləndirib: "Rəqibin bizdən güclü olduğu görünürdü. Çoxlu qol imkanları oldu. Təbii ki, məğlubiyyəti heç kim istəməz, ancaq faciə olduğunu demək olmaz”.

Almaniyadan gələn ukraynalı jurnalistin 3 il əvvəl "Çernomorets”in "Lion”la oyununu xatırlatması və bu iki matç haqqında oxşarlıq olub-olmaması barəsində sualını isə təcrübəli mütəxəssis belə cavablandırıb: "Düşünmürəm ki, bu iki oyun arasında oxşarlıqlar var. O zaman biz tamam fərqli statusda idik. Qrupdan da çıxmışdıq. Ancaq indiki komandamda hədəflərimiz tamam fərqlidi. Biz daha çox təcrübə qazanmaq üçün oynayırıq. Bilirik ki, qrupumuzdakı hər üç komanda bizdən daha güclüdür. Belə komandalara qarşı oynayaraq, öyrənmək istəyirik. Ümid edirəm ki, biz gələcəkdə daha yaxşı çıxış edəcəyik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol