• $
  • £

Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçirilə bilər

Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçirilə bilər
22.10.2016 12:46
2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) Belarusda keçirilməyəcək.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov TASS-a açıqlamasında bildirib.

O, həmin il Minskdə II Avropa Oyunlarının təşkil olunacağını, EYOF-un isə Avropa Olimpiya Komitələri tərəfindən başqa ölkəyə həvalə ediləcəyini söyləyib:
 
"Bu festivalı keçirməkdə Azərbaycan maraqlı olduğunu ifadə edib".

Öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a açıqlamasında EYOF-u keçirmək fikrində olduqlarını təsdiqləyib:
 
"II Avropa Oyunlarının Belarusda keçirilməsinə dair qərar verildikdən sonra festivalın digər ölkədə təşkili variantı yarandı. Biz də öz növbəmizdə belə bir istəkdə olduğumuzu bildirdik. Hələlik başqa namizəd yoxdur. Məsələ müzakirə olunduqdan sonra yaxın bir həftə ərzində qərar qəbul ediləcək".

Qeyd edək ki, indiyədək Azərbaycanda EYOF keçirilməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol