• $
  • £

Doppinqlə mübarizə SƏRTLƏŞDİRİLDİ

Doppinqlə mübarizə SƏRTLƏŞDİRİLDİ
28.10.2016 17:51
Milli Məclisin iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

ANN.Az APA-ya istinadən bildirir ki, qanun layihəsi barədə məlumat verən MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər var idi və qanun bu boşluğu aradan qaldıracaq.

Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.
 
Komitə sədrinin sözlərinə görə, qanun layihəsində Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində apellyasiya komissiyasının, idman arbitrajının yaradılması təklif edilir.

Müzakirədə çıxış edən Qüdrət Həsənquliyev təəssüflə vurğulayıb ki, Azərbaycanın da adı dopinq məsələlərində hallanır. Onun fikrincə, layihənin qəbulu bunun aradan qaldırılmasına kömək edəcək. Deputat məktəblərdə idman dərslərinin, xüsusilə futbolla bağlı dərslərin sayının artırılmasını, regionlarda tikilən olimpiya komplekslərindən insanların istifadəsinin asanlaşdırılmasını təklif edib. 
 
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol