• $
  • £

Konte: "Qadağa qoymuram"

Konte:
30.10.2016 17:42
"Chelsea"nin baş məşqçisi Antonio Konte özünəməxsus futbol fəlsəfəsinə malik mütəxəssisdir. Komanda oyununa üstünlük verən Konte düzgün qidalanma və lazımi həddə fiziki yüklənmənin çox şeyləri dəyişə biləcəyini qeyd edib.
 
Goal.az xəbər verir ki, italiyalı çalışdırıcı özünün də buna riayət etməyə çalışdığını bildirib.

"Futbolçu karyeramın sonlarına yaxın düzgün qidalamağa başladım. Bunun üstünlüklərini hiss edirdim. Buna görə məşqçiliyə başlayanda bu ideyaları oyunçulara çatdırmağa çalışdım. Bu, şəxsi qərardır. Qadağa qoymuram, sadəcə sağlam həyat tərzi üçün yol göstərirəm. Bu, zədələrdən qaçmağa, qüvvəni tez bərpa etməyə və aydın düşünməyə imkan verir. Mövsümöncəsi hazırlıq zamanı balansı, zülal, karbohidrat və yağların nisbətini izah etdik. Yeməyə çox diqqət yetirirəm, sağlam qidalanmanın tərəfdarıyam. Karbohidratlardan qaçmağa, daha çox zülal - meyvə və tərəvəz qəbul etməyə çalışıram. Ailəmlə birlikdə olanda spagetti, pasta yeməyi sevirəm. Amma həddi gözləyirəm. Vaxtım olanda 30-40 dəqiqə qaçıram. "Chelsea"nin bazasında 4 meydança var. Mən onların ətrafında qaçıram. Bəzən köməkçilərimi də buna cəlb etməyə çalışıram".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol