• $
  • £

Cüdoçumuz qızıl medal qazandı

Cüdoçumuz qızıl medal qazandı
30.10.2016 22:12
Elxan Məmmədov "Böyük Dəbiqə”nin qalibi olub.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

ANN.Az "Report”a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.

90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub edib.

Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandar Kukolja uduzaraq təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq)7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol