• $
  • £

Rumıniyada Azərbaycan millisinə hörmətsizlik

Rumıniyada Azərbaycan millisinə hörmətsizlik
31.10.2016 11:10
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsinə ev sahibliyi edən Rumıniyadan UEFA-ya şikayət edib.

ANN.Az xəbər verir ki, bu barədə "Report”un Şərqi Avropa bürosuna U-17-nin baş məşqçisi Vüqar Məmməd məlumat verib.

O buna səbəb kimi millimizin Rumıniya ilə oyunöncəsi məşq üçün təşkilatçılar tərəfindən normal meydança ilə təmin edilməməsini göstərib:

"Bizə məşq üçün qaldığımız bazadan aralıda yaxşı vəziyyətdə olmayan meydança təklif etdilər. Orada komandanın məşqinə icazə vermədim. Çünki oyunçular zədə ala bilərdilər”.

Baş məşqçi deyir ki, daha sonra milli komandamız bazaya dönüb və orada trenajor zalında 30 dəqiqəlik məşqlə kifayətlənməli olub.

"Məşqdən sonra təşkilatçıların bu hərəkətindən rəsmən UEFA nümayəndəsinə şikayətimizi bildirdik.
 
Qurumun nümayəndəsi də meydançanın şəkillərini çəkdi və bizə şikayəti UEFA-ya bildirəcəyini söylədi”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, komandamızla eyni qrupda yer alan İngiltərə və Avstriya millilərinə fərqli münasibət göstərilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol