• $
  • £

Bu gün Çempionlar Liqasında IV tura start veriləcək

Bu gün Çempionlar Liqasında IV tura start veriləcək
01.11.2016 10:24
Bu gün futbol üzrə Çempionlar Liqasında IV turun oyunlarına start veriləcək.
 
"Report"un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş baş tutacaq.

A qrupunda çıxış edən Fransa PSJ-si İsveçrənin "Bazel" klubunun qonağı olacaq. İngiltərənin "Arsenal" klubu isə Bolqarıstanda "Ludoqorets"lə qarşılaşacaq. PSJ və "Arsenal" səfər görüşünü qələbə ilə başa vuracağı təqdirdə 1/16 final mərhələsinə vəsiqəni təmin edəcəklər.

B qrupunda çıxış edən Türkiyənin "Beşiktaş" klubu İtaliya "Napoli"sini qəbul edəcək. İstanbul təmsilçisi qələbə qazanacağı təqdirdə qrup liderliyini ələ keçirəcək. Qrupun digər oyununda isə Portuqaliyanın "Benfika" klubu Ukrayna "Dinamo"sunu (Kiyev) qəbul edəcək.
 
Gecənin mərkəzi görüşü isə İngiltərədə keçiriləcək. "Mançester Siti" İspaniyanın "Barselona" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunun birinci pilləsində qərarlaşan kataloniyalılar məğlub olacağı təqdirdə belə mövqeyini dəyişməyəcək. Mançester təmsilçisi növbəti mərhələ şansını saxlamaq üçün evdə qələbə qazanmağa çalışacaq. Bu həm də Xosep Qvardiolanın "Mançester Siti"nin baş məşqçi postunda sabiq komandasına qarşı ikinci görüşü olacaq. İlk oyunda "Barsa" evdə 4:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda isə Şotlandiya "Seltik"i Almaniyada Münhenqladbax "Borussiya"sının qonağı olacaq.

D qrupunda isə "Atletiko Madrid" Rusiyanın "Rostov" klubunu sınağa çəkəcək. İspaniya klubu qələbə qazanacağı təqdirdə 1/16 finala vəsiqəni təmin edəcək. Rusiya təmsilçisi isə sonuncu pillədən xilas olmağa çalışacaq. Almaniyanın "Bavariya" klubu Hollandiyada PSV ilə qarşılaşacaq. Qələbə sayəsində Münhen təmsilçisinin də birinci pilləyə yüksəlmək şansları qalmaqdadır.
 
Çempionlar Liqası, qrup oyunları, IV tur
 
A qrupu
 
23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa)
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə)
Xal durumu: "Arsenal" - 7. PSJ - 7. "Bazel" - 1. "Ludoqorets" - 1
 
B qrupu
 
21:45 "Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya)
23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
Xal durumu: "Napoli" - 6. "Beşiktaş" - 5. "Benfika" - 4. "Dinamo" - 1
 
C qrupu
 
23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya)
23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 4. "Borussiya" - 3. "Seltik" - 1
 
D qrupu
 
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya)
23:45. PSV (Hollandiya) - "Bavariya" (Almaniya)
Xal durumu: "Atletiko" - 9. "Bavariya" - 6. PSV - 1. "Rostov" - 1.
 
Qeyd edək ki, digər oyunlar noyabrın 2-də keçiriləcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol