• $
  • £

Azərbaycanın sabiq naziri federasiyadan uzaqlaşdırılır

Azərbaycanın sabiq naziri federasiyadan uzaqlaşdırılır
02.11.2016 11:00
Azərbaycan Həndbol Federasiyası maliyyə çırpıntıları içərisindədir.

ANN.Az xəbər verir ki, bu haqda Sport7.Az saytı məlumat yayıb.

Saytın yazdığına görə, bu quruma rəhbərlik edən keçmiş İqtisadi inkişaf naziri Heydər Babayev uzun müddətdir ki, federasiyaya maliyyə vəsaiti ayırmır.

Xəbərdə deyilir ki, H.Babayev nazir postundan çıxarıldıqdan sonra bir şərtlə federasiyadakı işindən çıxarılmayıb ki, bu müddətdə biznes imperiyasına toxunulmayacaq və bu imperiyadan maddi yardım həndbola da ediləcək. Lakin bu şərt faktiki olaraq pozulub.

Həndbol Federasiyasının baş katibi Rafiq Rzayev mətbuata belə deyib: "Federasiyanın prezidenti Heydər Babayev niyə maliyyə vəsaiti ayırmır? Bunu onun özündən soruşmaq lazımdır. Çoxdandır onu görməmişəm. Əslində Babayev özü dəfələrlə deyib ki, federasiyadan ayrılmaq istəyir. Ancaq qoymurlar”.

Sayt yazır ki, millimizin həndbolçularının maksimum maaşı 500 manatdan o tərəfə keçmir. Bu, futbol və voleybolla müqayisədə komanda idman növləri üçün çox aşağı puldur. Belə də komandanın dünya çempionatının seçmə mərhələsindən çəkilməsi başa düşüləndir. Elə Bakıda keçirilmiş I Avropa Oyunlarının proqramına da həndbolun salınmamasının səbəbini anlamaq elə də çətin deyil. Bu komanda bizi ancaq orda biabır edə bilərdi!

Xəbərdə MOK-un hazırda federasiya prezidenti postuna pul yatırımı edə biləcək namizəd axtardığı qeyd olunur:

"Təsadüfi deyil ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də bildirib ki, noyabrda MOK-un VII Baş Məclisində federasiyalara pul ayırmayan prezidentlərin istefası tələb olunacaq. Artıq Heydər Babayevə ayrılmaq istədiyi yol görünüb və heç kəs onu saxlamaqda maraqlı deyil”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol