• $
  • £

Bu gün “Qarabağ” və “Qəbələ” Avroliqada növbəti görüşlərini keçirəcək

Bu gün “Qarabağ” və “Qəbələ” Avroliqada növbəti görüşlərini keçirəcək
03.11.2016 13:43
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında "Sent-Etyen”lə qarşılaşacaq.  

Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. "Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdir. 

Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Digər təmsilçimiz "Qarabağ” isə səfərdə PAOK-la qarşılaşacaq. İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də heç olmasa 1 xalla dönərək ümidlərini davam etdirməyi arzulayır. 

Əgər "Qarabağ” Yunanıstanda uduzmasa, nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayacaq, hətta əsas hədəf uğrunda inamlı addım da atmış olacaq.

Avropa Liqası
IV tur
3 noyabr

C qrupu
22:00. "Qəbələ” – "Sent-Etyen” (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande
Bakı. 8-ci km qəsəbə stadionu

J qrupu
00:05. PAOK (Yunanıstan) – "Qarabağ”
Baş hakim: Con Biton
Saloniki. "Tumba” stadionu
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol