• $
  • £

"Qəbələ" "Sent-Etyen”ə məğlub oldu

04.11.2016 10:15
"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
 
Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri IV tur çərçivəsində "Sent-Etyen”i qəbul ediblər.
 
İki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələn "qırmızı-qaralar” azarkeşləri önündə qrup mərhələsində ilk qələbə sevincini yaşaya bilməyib.
 
Oyuna qonaqlar fəal başlayıblar. Fransızlar ilk 20 dəqiqədə bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, son anda dəqiqlik çatmayıb. Hesabı ilk "Qəbələ" açıb. Ruslan Qurbanov 39-cu dəqiqədə qapı ağzında yaranmış qarışıqlıqdan məharətlə istifadə edib.
 
Bununla belə hissənin tamamına saniyələr qalmış rəqib hesabı bərabərləşdirib. Uzaq məsafədən gələn güclü zərbə Bezotosnı üçün qarşısıalınmaz olub.
 
Rəqibin cavab qoluna qədər isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk hakimlə mübahisəyə qədər texniki zonaya yollanmışdı.
 
İkinci hissədə daha bir dəfə fərqlənən fransızlar yekunda qalib gəlməyi bacarıblar.
 
Qeyd edək ki, bu məğlubiyyətlə təmsilçimiz növbəti tura yüksəlmək şansını rəsmən itirdi.
 
Avropa Liqası
IV tur
3 noyabr
 
C qrupu
"Qəbələ” – "Sent-Etyen” (Fransa) - 1:2
Qollar: Ruslan Qurbanov, 39 - Tannane, 45+1, Beriç, 53
 
Baş hakim: Karlos Del Serro Qrande
 
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. 8-ci km qəsəbə stadionu
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol