• $
  • £

Millimizin heyəti açıqlandı – SİYAHI

Millimizin heyəti açıqlandı – SİYAHI
04.11.2016 17:34
Azərbaycan millisinin heyəti açıqlanıb.

ANN.Az Apasport saytına istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki ilin son oyunu üçün heyətə 25 futbolçu daxil edib.

Xorvatiyalı mütəxəssis "DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək səfər qarşılaşması üçün açıqladığı heyətdə ən çox "Qarabağ”ın oyunçularına yer verib. Belə ki, o, bu dəfə ölkə çempionunun 8 oyunçusuna dəvət göndərib.

Bir müddət əvvəl milliləşdirilən "Bursaspor”un hücumçusu Dəniz Yılmaz ilk dəfə Azərbaycan yığmasının formasını geyinmək imkanı əldə edib. O, klubunda zədələnən Rauf Əliyevi əvəzləyib. Bundan əlavə, zədəsini sağaldan Elvin Məmmədov və Əfran İsmayılov yenidən yığmaya dəvət olunub.

Komandamızın heyətində ümumilikdə ölkə xaricində çıxış edən 7 futbolçu var. Onlardan ikisi Portuqaliya, ikisi Türkiyə klubunu təmsil edirsə, Almaniya, İspaniya və Ukraynadan 1 oyunçu cəlb edilib.

Qapıçılar: Kamran Ağayev ("Boavişta”, Portuqaliya), Anar Nəzirov ("Zirə”), Səlahət Ağayev ("İnter”);

Müdafiəçilər: Tərlan Quliyev ("İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı "Qarabağ”), Pavel Paşayev ("Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov ("Qəbələ”);

Yarımmüdafiəçilər: Ruslan Abışov ("İnter”), Rahid Əmirquliyev, Əfran İsmayılov, Qara Qarayev (hamısı "Qarabağ”), Dmitri Nazarov ("Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi”), Eddi İsrafilov ("Kadis”, İspaniya), Emin Mahmudov ("Boavişta”, Portuqaliya), Elvin Məmmədov ("Zirə”);

Hücumçular: Ağabala Ramazanov ("İnter”), Ruslan Qurbanov ("Qəbələ”), Namiq Ələsgərov ("Qarabağ”), Ramil Şeydayev ("Trabzonspor”, Türkiyə), Dəniz Yılmaz ("Bursaspor”, Türkiyə).

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol