• $
  • £

"Mançester Yunayted" 9 futbolçusu ilə vidalaşacaq

05.11.2016 13:18
İngiltərənin "Mançester Yunayted" komandası qışda ən azı 8 futbolçusunu satacaq.

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, bu barədə baş məşqçi Joze Mourinyo qərar qəbul edib. O, müqaviləsi mövsümün sonunadək qüvvədə olan hücumçu Zlatan İbrahimoviçlə də yolların ayrılmasını istəyib. Portuqaliyalı mütəxəssis son oyunlardakı uğursuzluqları komandaya zəif futbolçuların alınması ilə əlaqələndirib. Yayda 4 oyunçu - Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqbanın alınmasına 145,7 milyon funt sterlinq xərclənib. Mourinyonun vidalaşmaq istədikləri isə müdafiəçi Matteo Darmian, Markus Roho, Fil Cons, yarımmüdafiəçi Bastian Şvaynştayger, Morqan Şnayderlin, Maykl Kerrik, Eşli Yanq, habelə hücumçu Memfis Depay və Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, "Mançester Yunayted" oktyabrın 23-də "Çelsi"yə 0:4 hesabı ilə uduzub. Bu, Joze Mourinyonun İngiltərə karyerası ərzində ən böyük hesablı məğlubiyyəti olub. Noyabrın 3-də isə "qırmızı şeytanlar" Avropa Liqasının qrup mərhələsinin IV tur matçında Türkiyə "Fənərbağça"sına yenilib - 1:2. Hazırda Mourinyonun komandası Premyer Liqada 10 oyundan 15 xalla 8-ci, Avroliqada isə 6 xalla 3-cü pillədə qərarlaşıb.      


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol