• $
  • £

"Özüm ondan məsləhət ala bilərəm" - Qurban Qurbanov

06.11.2016 22:42
Premyer-liqanın 11-ci turunda "Zirə" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb. 
 
Mütəxəssis əvvəlcə matçı dəyərləndirib: "Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. "Zirə” komandası bəlkə də məğlubiyyətə layiq deyildi. Bizim üçün isə bu, vacib qələbə oldu. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq".

- Bu gün süni örtükdə oynadınız. Bu, zədə ehtimalını artırırdı. PAOK-la oyundakı kimi bu matçda da əvəzetmə qarşılaşmanın taleyini həll etdi…

- Meydança süni örtük olsa da, vəziyyəti elə də pis deyil. Bu cür oyunlarda stress həddən artıq çox olur. Təbii ot örtüyü olsaydı, daha yaxşı oyun göstərərdik. O ki qaldı dəyişikliklərə, иг, bəzən özünü doğruldur, bəzən doğrultmur. Əvəzetmənin nə qədər uğurlu olması meydana çıxan futbolçunun məsuliyyətini göstərir. İlk hissədə top saxlamada problem var idi. Ancaq ikinci hissədə əvəzetmələrdən sonra bu problem aradan qalxdı.

- Rəşad Sadıqovu bu gün "18-liyə" daxil etməməyiniz zədə, yoxsa yorğunluqla bağlı idi?

- Rəşad zədədən yeni qayıdıb. Bu gün süni örtükdə oynadığımızdan, onu meydana buraxaraq, riskə getmək istəmədim.

- Bu gün lider "Qəbələ” xal itirdi. Bunun komandanın motivasiyasına nə dərəcədə təsir etdi?

- Biz oyun günü digər qarşılaşmalardan xəbərdar olmuruq. Rəqibin nəticəsini düşünsək, öz oyunumuzdan uzaqlaşmış olarıq. Buna görə də yalnız öz oyunumuza köklənirik.

- Artıq "Zirə”ni 6-cı dəfə üstələdiniz. Demək olarmı ki, bu komanda sizin üçün ən asan rəqibdir?

- Asan rəqib demək olmaz. Bu komandaya cəmi 2 oyunda asan qalib gəlmişik. Sadəcə, biz yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bu cür oyunlarda maksimum xal qazanmalıyıq. Ancaq bu gün "Zirə” yaxşı təsir bağışladı. Bu cür davam etsələr, daha yaxşı nəticələr əldə edə bilərlər.

- Düşünmürsünüzmü ki, bundan sonra əsas mübarizə "Qəbələ” və "Qarabağ” arasında gedəcək?

- Məncə, bu barədə düşünmək hələ tezdir. Bir də deyirəm, biz heç bir komandanın xalını saymamalıyıq. Əsas öz oyunumuza köklənməliyik.

- "Qəbələ” Avroliqada ardıcıl məğlubiyyətlər aldı. Bu komandaya Avropada uğurlu çıxış etmək üçün nə isə məsləhətiniz var?

- Xeyr, yoxdur. Roman Qriqorçuk məndən təcrübəli məşqçidir. Yeri gəlsə, mən özüm ondan məsləhət ala bilərəm. Məncə, bu cür suallar olmasa, yaxşıdır. //Report

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol