• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev: Azərbaycan ilə Albaniya arasında yaxşı siyasi əlaqələr mövcuddur

İlham Əliyev: Azərbaycan ilə Albaniya arasında yaxşı siyasi əlaqələr mövcuddur
07.11.2016 13:05
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Albaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.

Səfir Genti Qazheli fəxri qarovul dəstəsinin qarşısından keçib. Genti Qazheli etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələr arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğulayıb. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu səfərlərin əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu deyib. İkitərəfli əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Dövlət başçısı enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirib. "Cənub Qaz Dəhlizi” kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Albaniyaya investisiya yatırmaqda maraqlı olduğunu deyib. Dövlət başçısı beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycan və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. İkitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söyləyib, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd edib və bu baxımdan tərəfdaşlığın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirib.

Səfir Genti Qazheli Albaniya Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını və ən xoş arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb. Səfir Trans-Adriatik qaz boru kəmərinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Diplomatik əlaqələrin müstəsna xarakterə malik olduğunu qeyd edən səfir Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə sadiq qalacağını bildirib və iqtisadi əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Albaniya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol