Ronaldonun yeni müqaviləsi - İllik 24 milyon avro
"Real"ın superulduzu Kristiano Ronaldo yeni müqaviləyə imza atıb.
ANN.Az Sport7.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz dünyaca məşhur idman geyimləri şirkəti olan "Nike" ilə anlaşmasının müddətini uzadıb. Şirkət özünün internet saytında da bunu təsdiqləyib.
Ronaldo daha öncə anlaşdığı və illik 7 milyon avro qazandığı "Nike"dən yeni sözləşməyə əsasən 24 milyon alacaq. 2003-cü ildən bəri Ronaldoya sponsorluq edən "Nike" yeni müqavilənin müddətini açıqlamasa da İspaniya mediası bunun ömürlük olacağını iddia edir. Hansı ki, tanınmış basketbolçu Maykl Cordanla ömürlük müqavilə imzalanıb.
Ronaldonun "Nike"dən əlavə 16 sponsoru da olduğunu bildirək.
Onu da qeyd edək ki, portuqaliyalı "Nike"dən bir neçə gün öncə "Real"la da müqavilənin müddətini uzatmışdı. 5 illik müqaviləyə imza atan futbolçu bunun qarşılığında illik 23,6 milyon avro qazanacaq. İki anlaşmaya görə futbolçu ildə 50 milyon avroya yaxın gəliri olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox