• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Əli Həsənov: "Azərbaycan Donald Trampla əməkdaşlığa ümid edir"

Əli Həsənov:
10.11.2016 13:36
Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.

ANN.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib: "Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampi özlərinə növbəti - 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev də təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir".

Prezidentin köməkçisi bildirib ki, ABŞ ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq əlaqələri var: "Bunların sırasında enerji sahəsində beynəlxalq əməkdaşlığı qeyd etmək olar. Regional və beynəlxalq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığı da buraya aid etmək olar. Uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizlikdir. ABŞ ilə birgə neçə ildir ki, dünyada sülhyaratma proseslərində iştirak edirik. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə Avropada və dünyanın digər qaynar nöqtələrində sülhyaratma prosesinə qatılıblar. Düşünürük ki, bu sahələrdə əməkdaşlıq davam etdriləcək".

Ə.Həsənov əlavə edib: "Lakin ən böyük gözləntimiz - cənab Prezident İlham Əliyevin də təbrik məktubunda qeyd etdiyi kimi, ABŞ-ın Minsk qrupunda daha aktiv və dinamik fəaliyyət göstərəcəyinə olan ümidimizdir. Düşünürük ki, nəhayət, cənab Trampın rəhbərliyi altında ABŞ Minsk qrupunda bir qədər də aktiv fəaliyyət göstərəcək, neçə illərdir, həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasişəsi öz həllini tapacaq, bu prosesdə status-kvo aradan qalxacaq və bu prosesə bir dinamizm gələcək. Biz bunu gözləyirik və ümid edirik ki, bu, belə də olacaq".

Prezidentin köməkçisi vurğulayıb ki, digər sahələr üzrə ABŞ-Azərbaycan münasibətləri davam edəcək və inkişaf edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol