• $
  • £

IV İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramına qeydiyyat başladı

IV İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramına qeydiyyat başladı
10.11.2016 15:12
2017- il 12-22 may tarixlərində Bakıda baş tutacaq IV İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərəcək könüllülük proqramına qeydiyyata start verilib.

Gənclər və İdman Nazirliyindən məlumat verilib ki, növbəti il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü fəaliyyətinə qoşulmaq istəyən hər kəsin rəsmi internet səhifəsində qeydiyyatdan keçməsi, müsahibə və təlimlərdə iştirakı mütləq sayılır. Könüllü olaraq seçiləcək gənclər İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə könüllülər fəal çalışaraq böyük təcrübə əldə edəcəklər.

Bakı 2017 İslam Oyunları Əməliyyat Komitəsi fəal və həvəsli, məsuliyyətli, yardımsevər və xeyirxah, mehriban və gülərüz, ünsiyyət qurmağı bacaran, komandada işləmək bacarığı olan hər kəsi IV İslam Həmrəyliyi oyunlarının bir parçası olamağa dəvət edir. Könüllü olmaq üçün müraciət etmək istəyən namizədlər (http://baku2017.com/volunteers səhifəsində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesini tamamlamış namizədlər müsahibə mərhələsindən uğurla keçdikdən sonra əməliyyat komitəsinin peşəkarları tərəfindən verilən bir sıra təlimlərə cəlb olunacaqlar və bununla da onlar könüllülük fəaliyyəti üçün tələb olunan yüksək göstəricilərə yiyələnəcəklər.

Oyunlar zamanı könüllülər aşağıdakıları əldə edəcəklər:

Unudulmaz və maraqlı təcrübə;
Komandada işləmək imkanı;
Yeni münasibətlər və dostluqlar;
Azərbaycanı təmsil etmək imkanı;
Xüsusi mükafatlandırma tədbirlərinə dəvət;
Rəsmi uniforma;
Sertifikat.

Son dövrlərdə beynəlxalq tədbirlərin uğurla keçirilməsində minlərlə könüllünün rolu əvəzolunmazdır. İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyətin yaşadığı paytaxt Bakıda belə bir dünya miqyasli idman tədbirinin təşkili və uğurla həyata keçirilməsi üçün 8 min fəal könüllünün cəlb olunması nəzərdə tutulur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol