• $
  • £

"İstəmərik ki, Azərbaycandan 6 xal geri düşək" - Maykl Onil

10.11.2016 23:58
Noyabrın 11-də Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçı keçiriləcək. 

ANN.Az Sport7.az-a istinadən xəbər verir ki, bu gün rəqib komandanın baş məşqçisi Maykl O'Nil qarşılaşmanın baş tutacağı "Windsor Park" stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyunda Azərbaycan yığmasından nə gözləyirsiz?

- Azərbaycan yığması seçmə mərhələyə yaxşı başlayıb. 2 qələbəsi var, 7 xal toplayıb. Üstəlik, qapısından top buraxmayıb. Rəqibi analiz etmişik. Müdafiədə daha diqqətlidir. Bu, onların işinə yarayır. Əks-hücumda yaxşı təsir bağışlayırlar, Norveç və Çexiya ilə oyunlarda olduğu kimi bizimlə də eyni üslubda oynayacaqlarını gözləyirəm. Yəqin ki, bura 3 xal qazanmaq üçün gəliblər.

- Bu matçda qalib gəlmək sizin üçün nə qədər önəmlidir?

- Sabahkı oyunda qalib gəlmək bizim üçün çox vacibdir. Daha çox xal toplamağa çalışacağıq. Əsas da evdə. Çexiya və Almaniya ilə oyunlardan sonra 4 xalımızın olması pis nəticə deyil. Sabahkı oyunda ancaq qələbə qazanmaq əzmindəyik. İstəmərik ki, Azərbaycandan 6 xal geri düşək.

- 2-ci yeri tutmaqdan savayı aktivdə daha çox xalın olması da vacibdir. 

- Qrupun səviyyəsi yüksəkdir. Almaniyanın qrup qalib olacağını indidən söyləmək olar. 2-ci yeri tutmaq vacibdir. Amma, gərək xal ehtiyatımız da çox olsun. Çünki digər qruplar da var. Maksimum xal toplamalıyıq ki, ikincilər arasında sonuncu olmayaq.

- Azərbaycanın qol buraxmaması sizi təəccübləndirmir ki?

- Düzü, təəccüblənmişəm. Komanda kollektiv oyun nümayiş etdirir. Belə komandalara qarşı oynamaq həmişə çətindir. Rəqibi analiz etmişik, müəyyən boşluqlar buraxırlar ki, onlardan istifadə etməyə çalışacağıq. Heyətdə «Qarabağ»dan 6 futbolçu yer alır. «Qəbələ»dən də futbolçuları var. Bu isə komandanın gücünü göstərir. Oyun cədvəli Azərbaycanın lehinədir. Qazandıqları xallara görə rəqib futbolçularda özlərinnə inam hissi çoxalıb. Bizdə də özümüzəinam var. Futbolçularla fərdi söhbətlər etmişəm. Hamısı sabahkı oyunun əhəmiyyətini dərk edir. Əsas məqsədimiz daha çox qol epizodu yaratmaq və onlardan maksimum istifadə etməklə qalib gəlməkdir.

- Seçmə mərhələ başlamamış kimsə Sizə Azərbaycan yığmasının Belfasta 7 xalla və qrup ikincisi kimi gələcəyini söyləsəydi, inanardınız?

- Təəccüblənmədim. Azərbaycanla indiyə kimi 2 dəfə oynamışıq, qalib gələ bilməmişik. Avropa Liqasında 2 təmsilçiləri var. Bu faktlar oyunun çətin keçəcəyindən xəbər verir. Azərbaycana asan rəqib kimi baxmırıq. Digər komandalardan seçmirik. Almaniyanı çıxmaq şərtilə digər 4 komandanın 2-ci yeri tutmaq şansı eynidir.

- Əvvəlki Azərbaycan yığması ilə indiki komanda arasında fərq çoxdur?

- Azərbaycana məğlubiyyət bizə dərs olub. Sabah hansı komandaya qarşı oynayacağımızı yaxşı dərk edirik. Onlarda da, bizdə də dəyişikliklər olub. İndiki komandanı öyrənmişəm və əvvəlkindən daha yaxşıdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol