• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Proqnozların əskinə olaraq dollar BAHALAŞDI

Proqnozların əskinə olaraq dollar BAHALAŞDI
11.11.2016 11:15
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra hər kəs təhlükəsiz aktiv sayılan Yaponiya yeninin bahalaşacağını gözlədiyi bir vaxtda, dolların Asiya ölkəsinin valyutasına qarşı məzənnəsi həftəlik 3,3%-lik artım nümayiş etdirməyə hazırlaşır.
 
ANN.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, dolları bahalaşdıran əsas amillər ABŞ iqtisadiyyatında artım tempinin sürətlənməsi və D. Trampın prezidentliyi dövründə uçot dərəcəsinin artırılması ehtimallarının yüksək olmasıdır.
 
Dollar hazırda 106,93 yenə bərabərdir. Halbuki, ticarət sessiyası zamanı 106,95 səviyyəsinədək qalxmağı bacarıb ki, bu da iyul ayının 21-dən etibarən ən yüksək göstərici idi.
 
Avro 1,0906 dollar səviyyəsində ticarət olunur. Ötən gecə 1% zəifləyən avro həftəlik 2,3%-lik ucuzlaşma nümayiş etdirməyə hazırlaşır.
 
Meksika pesosunun dollara qarşı məzənnəsi 20,55 ətrafındadır. Bu isə çərşənbə günü qeydə alınan antirekorda yaxındır.
 
Dolların İsveçrə frankına qarşı məzənnəsi praktiki olaraq dəyişməyib və 0,9860 səviyyəsindədir.
 
Funt sterlinq dollara qarşı mövqeyini qoruyaraq aylıq maksimum olan 1,2585 dollar səviyyəsindədir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol