• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Azərbaycan və İran daha bir sahədə razılığa gəldilər

Azərbaycan və İran daha bir sahədə razılığa gəldilər
11.11.2016 16:23
İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.

Gəmiçilikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın son illər əldə etdiyi uğurların, paytaxt Bakının göz oxşamasının onlarda xoş təəssürat yaratdığını bildirən PMO-nun nümayəndəsi Cabbar Cəlilian daha sonra təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib və QSC ilə birgə layihələrin icrasının mümkünlüyünə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizinin dostluq, əməkdaşlıq və sülh dənizi olması fikrini qonaqların diqqətinə çatdıran "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan dənizçilərinin dost və qonşu ölkənin şirkətləri ilə gəmiçilik sahəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. QSC-nin ölkə başçısının müvafiq sərəncamı ilə 3 il əvvəl yaradıldığını bildirən sədr kollektivin qısa müddət ərzində qazandığı uğurlar və qarşıda duran vəzifələrdən də söz açıb.

Tərəflər görüş zamanı ətraflı fikir mübadiləsi apardıqları yükdaşımalar, gəmi təmiri, dəniz dibinin dərinləşdirilməsi, agent xidmətləri, Xəzərdənkənar hövzələrdə fəaliyyət, dənizçilik təhsili sahələrində birgə əməkdaşlığın zəruriliyi haqqında razılığa gəliblər.

Görüşdən sonra qonaqlar Gəmiçiliyin muzeyi ilə yaxından tanış olublar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol