• $
  • £

AFFA: "Şübhəli oyunlarla bağlı UEFA-dan məxfi xəbərlər gəlib"

AFFA:
28.05.2020 21:47
AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyasının Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlara dair araşdırmalara başlamasına rəsmi münasibət bildirib.

E.Məmmədov "Report"a açıqlamasında belə araşdırmaların hər zaman nəzarət altında olduğunu bildirib: "Lakin son aylar bununla bağlı mənfi xəbərlər gəlməyə başladı. Ona görə də bu işə artıq daha da ciddi yanaşırıq. Açığı, indi heç nə deyə bilmərik, çünki hələlik araşdırmaların gedişatını məxfi saxlamağa qərar vermişik. Növbəti aylarda eşidəcəksiniz, nəticələr haqda məlumatlar veriləcək".

Baş katibin sözlərinə görə, bu məsələdə UEFA ilə çox sıx əlaqədə işləyirlər: "Bəzi klublardan artıq məlumatlar gəlib. Ancaq UEFA da tövsiyə edib ki, klubların adlarını məxfi saxlayaq. Buna görə həmin klubların hansı liqada çıxış etdiklərini deyə bilmərəm. Araşdırma yekunlaşandan sonra nəticələr ilk növbədə, AFFA-nın İcraiyyə Komitəsinə, sonra İntizam Komitəsinə göndəriləcək".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol