• $
  • £

Xetaq Qazyumov: "Azərbaycan mənim ikinci vətənimdir"

Xetaq Qazyumov:
14.11.2016 10:49
"Demək olar ki, 10 ilimi Azərbaycan yığmasında keçirdim. 2007-ci ildə yığmaya qoşuldum. Bu komandada dünya çempionu, üç qat Avropa çempionu, 3 dəfə Yay Olimpiya Oyunlarının mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi oldum". 

"Report"un məlumatına görə, bunu "Sputnik Osetiya"ya müsahibəsində sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Xetaq Qazyumov deyib.

Hazırda Şimali Osetiya yığmasının baş məşqçisi kimi fəaliyyət göstərən Qazyumov Azərbaycanı ikinci vətəni adlandırıb: "Mən bu yığmaya gələndə, onlar mənim üçün çox şeylər ediblər. İdmanda daha da yüksəlmək, nəticə verməyim üçün əllərindən gələni etdilər. Mənim çəkimdə Rusiya yığmasında böyük rəqabət var. Bu səbəbdən də "Pekin-2008" olimpiadasından öncə belə qərar qəbul etdim ki, öz gücümü Azərbaycanda göstərim. Onlar çox yaxşı müqavilə təklif etdilər. Nəticədə 10 ilədək birgə işlədik".

Qazyumov hələ də Azərbaycan yığmasının üzvləri ilə münasibətdə olduğunu bildirib: "Biz isti, dostluq münasibətini saxlayırıq. Nə vaxt getsəm, məni öz doğmaları kimi qarşılayırlar. Azərbaycanın məşqçiləri də buraya gələndə onları Osetiyada mövcud olan qonaqpərvərliklə qəbul edirik".

Qeyd edək ki, Xetaq Qazyumov Şimali Osetiyanın sərbəst güləş üzrə yığma komandasında baş məşqçi vəzifəsinə ötən həftə təyin olunub. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol