"Qarabağ"dan ayrılıb Taylanda getdi
Mövsümün gedişində "Qarabağ"dan ayrılan Əl Hərbi Əl Jadeyuinin yeni klubunun adı müəyyənləşib.
ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Taylandda davam etdirəcək. "Qarabağ"dan əsas heyətə düşmədiyinə görə ayrılan yarımmüdafiəçi Tayland Premyer Liqasında mübarizə aparan "Ratçaburi" klubuna keçib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mərakeş millisinin sabiq üzvü 2015-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer edilmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox