• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Fərid Mansurov: "Ən yaralı yerimiz idman məktəbləridi"

Fərid Mansurov:
14.11.2016 17:24
"Mən idmançı olan vaxtda da mətbuata açıq olmuşam. Hazırda nazirlikdə çalışıram və bura idmandan gəlmişəm. Burda işləmək həm maraqlı, həm də məsuliyyətlidi”.
 
Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib. 
 
Sentyabrın 6-da bu vəzifəyə təyin edilən Olimpiya çempionumuz təxminən 3 ay sonra KİV nümayəndələri ilə görüşüb.

Bu gün mətbuat konfransı keçirən Mansurov öncə gələcək planlarından danışıb: "Məqsədimiz qazanılan nəticələrin davamını gətirməkdi. Bu mənada əsas diqqət idman məktəblərinə yönələcək”.
 
O, idmançı olduğu dövrlə vəzifədə olduğu dövrü də müqayisə edib: "İdmançı olduğum vaxtlarda yalnız özüm üçün çalışırdım. Amma indi idman ictimaiyyəti üçün çalışıram. Məsuliyyətim daha böyükdü. Nəzarətimdə olan 6 sektordan ikisinin rəhbəri öz istəyi ilə ərizələrini yazıb, vəzifəsindən kənarlaşıb”.
 
Mansurovun sözlərinə görə, ölkədəki maddi böhran idman sahəsində hiss olunmur: "Hansısa problemimiz yoxdu. İdmançılarımızı yarışlara ezam edirik”.
 
Olimpiya çempionu məktəblərdə idmançı-məşqçi problemi ilə bağlı məsələlərə də aydınlıq gətirib. O vurğulayıb ki, hansısa məşqçinin adı var, özü yoxdusa, qrup dərhal bağlanacaq: "Bu, idmanımızı şikəst edən bir şey sayılır. Əgər şəxs uşağını voleybol qrupuna aparır və orda müəllim olmursa, bunun qarşısını alacağıq”.
 
Həndbol, qılıncoynatma və bu kimi federasiyalarda rəhbər dəyişikliyi ilə bağlı dəqiq söz deməyən Mansurov bildirib ki, lazım olan dəyişikliklər ediləcək: "1,5 ildi fəaliyyətini dayandıran otüstü hokkey federasiyası işini bərpa edib. Həmçinin bu günlərdə voleybol federasiyasında da dəyişikliyin şahidi oldunuz”.
 
O, komanda idman növlərinin inkişafının federasiyalardan da asılı olduğunu açıqlayıb, həmçinin klublarımızın ad dəyişikliyinə də münasibət bildirib: "Hər şey mərhələ-mərhələ həll olunacaq. Bu vəzifədə ilk görüşüm uşaq gənclər idman məktəbi ilə oldu. Bizim ən yaralı yerimiz bu ocaqlardı. Bunu həll etsək, çox şey düzələcək”.
 
Fərid Mansurov güləş yığmalarında məşqçi dəyişikliyinə də münasibət bildirib: "Komandalarımız yerli mütəxəssislərə tapşırılmaqla düzgün addım atılıb. Onların fəaliyyət dövründə öz uğurları var”.
 
Şöbə müdiri güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Xetaq Qazyumovun karyerasını bitirdiyini açıqlayıb: "Bu yaxınlarda Rövşən haqda da bunu oxudum. Amma mən hələ bu barədə dəqiq nəsə bilmirəm. Onunla bağlı hər şeyə federasiya cavab verə bilər”.
 
Mansurov yığmamızdakı legionerlərdən razı qaldığını deyib. Onun sözlərinə görə həmin əcnəbilər bayrağımızı qaldırır və bizə uğur qazandırır: "Əsas məqsəd onların yerli gənclərlə əvəz olunmasıdı. Buna elə də çox qalmayıb. Lakin bəzi növlərdə, həqiqətən də, legionerə ehtiyac var. İdmanda isə rəqabət lazımdı. Əcnəbi məşqçiyə lazım deyil ki, həmin idmançının adı Əlidi, ya İvan”.
 
O, sonda su idman növlərinin inkişafı ilə bağlı da danışıb. Olimpiya çempionu bildirib ki, hazırda gənclər hovuza peşəkar kimi deyil, həvəskar kimi gedirlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol