• $
  • £

“Avropa çempionatına 1 ölkə ev sahibliyi etməlidi” – UEFA prezidenti

“Avropa çempionatına 1 ölkə ev sahibliyi etməlidi” – UEFA prezidenti
14.11.2016 22:46
"Avropa çempionatının fərqli ölkələrdə keçirilməsi qitənin şimal və cənub, şərq və qərbini birləşdirmək mənasında maraqlı addımdı”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın yeni prezidenti Aleksander Çeferin deyib.
 
O, xarici mətbuata açıqlamasında qarşıya qoyulan tapşırıqlardan danışıb. Çeferin Bakı da daxil olmaqla, ayrı-ayrı ölkələrin şəhərlərində keçiriləcək Avro-2020-ni misal gətirərək, gələcəkdə bu formatı tətbiq etməyəcəklərini bildirib: "Yaxşı ideyadı, amma düşünmürəm ki, biz gələcəkdə bu formatdan istifadə edək.  Avropa çempionatı başqa cür keçirilməlidi. Ev sahibi 1 ölkə olmalıdı. 13 və daha artıq ölkədə Avropa çempionatı keçirməklə irəliyə addımlamaq olmaz”.

Çeferin istənilən vəzifədə 1 şəxsin uzun müddət qalmasını doğru hesab etmir: "Bununla bağlı limit tətbiq etməyi planlaşdırıram. Bir şəxsin 20 il eyni vəzifəni icra etməsini düzgün saymıram. İcraiyyə Komitəsində ancaq aktiv fəaliyyəti olan şəxslər yer almalıdılar. Planlarımın sırasında qadın futbolunu inkişaf etdirmək də var. Bir də antidopinq qaydalarını gücləndirmək lazımdı. UEFA daim inkişafa ehtiyacı olan, möhtəşəm təşkilatdı. Müəyyən vaxtdan bir nəsə dəyişiklik etmək lazımdı. Bu o demək deyil ki, indi işlər qaydasında getmir. Dəyişikliklər gözləyənlərə söz verirəm ki, islahatlara başlayacağıq. Mənə insanların yaşı önəmli deyil. 75-80 yaşlı şəxs 40 yaşındakı insandan ağıllı ola bilər. Mənim üçün əsas məsələ limitdi. Hamı anlamalıdı ki, Çeferin UEFA-nın prezidenti vəzifəsində 20 il qalmağı düşünmür. Müəyyən müddət işlədikdən sonra getməlisən”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol