Əfsanəvi qapıçı millidən getdi
Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.
Qol.az-ın məlumatına görə, 40 yaşlı qolkiper bu gün İsveçlə yoxlama matçında millidəki son oyununu keçirib.
1998-ci ildən Macarsıtan millisində 108 oyunda çıxan Kiray yığmada ən çox oyun keçirən futbolçudur.
Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox