• $
  • £

MOK-dan güləşçimizin medaldan məhrum edilməsinə MÜNASİBƏT

MOK-dan güləşçimizin medaldan məhrum edilməsinə MÜNASİBƏT
18.11.2016 12:24
Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilməsi ilə bağlı məsələyə Milli Olimpiya Komitəsindən (MOK) münasibət bildirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasına rəsmi məktubla müraciət edəcəklərini söyləyib:
 
"Federasiya idmançının dopinq-testdən keçə bilməməsinin izahatını verəcək. Bundan sonra biz qərar qəbul edəcəyik. Düzdür, Beynəlxalq Olimpiya Komitəsinin qərarı dərhal qüvvəyə minib. Amma biz federasiyanın da rəyini öyrənməliyik. Eyni zamanda Vitali Rəhimovun özü bu gün MOK-da müvafiq əməkdaşlarımızla görüşərək fikirlərini bildirəcək. Yəni, hazırda proses gedir. Nəticəsi müəyyənləşəndən sonra ictimaiyyətə geniş açıqlama veriləcək".

Qeyd edək ki, Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində çıxış edib. Onun dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb. Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol