• $
  • £

Azərbaycan yığması gerilədi

Azərbaycan yığması gerilədi
18.11.2016 15:11
Milli komandaların UEFA reytinqi açıqlanıb.
 
Son 3 böyük yarışın nəticələrinə əsasən tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb.
 
DÇ-2014 və AÇ-2016-nın həm seçmə, həm final mərhələlərini, həmçinin DÇ-2018-in arxada qalan seçmə oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib.
 
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzan yığmamızın xal hesabı 16 min 701-ə qədər azalıb. Bu matçadək 16 min 871 xalı olan millimiz 164 xal itirib.
 
Bu xal itkisi Robert Prosineçkinin yetirmələrinin 39-cu yerə enməsi ilə nəticələnib. Komandamız 38-ci pilləni Kiprə təhvil verib. Kipr, həmçinin Macarıstan, Danimarka və Ermənistan hamıdan çox – 3 pillə irəliləyib. Albaniya isə 5 addım geri atıb. Cədvəlin lideri Almaniya mövqeyini qorusa da, ilk "üçlük”də qərarlaşan Fransa ilə Belçika yerlərini dəyişib.
 
Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya 1-ci, San-Marino 54-cü yerdə qalıbsa, hərəyə 1 pillə irəliləyən Çexiya 23-cü, Şimali İrlandiya 26-cı olub. Norveç isə 32-ci yerə enib. //Apasport.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol