• $
  • £

4 boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib

4 boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
21.11.2016 11:37
Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir.
 
Yarışda Azərbaycan boksçuları 4 bürünc medalı özlərinə təmin ediblər.
 
Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1/4 final səddini uğurla keçib. Boksçumuz isveçli Yelena Envallla (İsveç) döyüşdən qalib ayrılıb – 3:0 (40:36; 40:36; 40:36). Anna yarımfinalda Delfin Mançini (Fransa) ilə üz-üzə gələcək.
 
Yığmamızın liderlərindən olan Yelena Vıstropova da bacısı Əlimərdanovanın geri qalmayıb. 69 kq çəki dərəcəsində rinqə çıxan idmançımız Assunta Kanforanı (İtaliya) mübarizədən kənarlaşdırıb. O, 2:1 (39:37; 39:37; 37:39) hesablı qələbəyə sevinib. Vıstropova növbəti qarşılaşmasında rusiyalı Səadət Abdullayevanı sınağa çəkəcək.
 
Leyla Cavadova (81 kq) da adını yarımfinala yazdırıb. Həmyerlimiz 1/4 finalda Lusia Brklyasanı (Xorvatiya) məğlub edib – 3:0 (39:37; 39:37; 39:37). Cavadova final üçün Elif Güneri (Türkiyə) sınağa çəkəcək.
 
Yarımfinala yüksələn 4-cü boksçumuz isə Aynur Rzayevadı (+ 81 kq). O, 1/4 finalda İrina Vinnik (Ukrayna) üzərində texniki qələbə qazanıb. Rzayeva növbəti qarşılaşmada Zemfira Maqomedaliyeva (Rusiya) ilə döyüşəcək. Digər boksçularımız isə mübarizəni dayandırıblar. 1/2 final qarşılaşmaları sabah olacaq.
 
Qeyd edək ki, qaydalara əsasən, yarımfinala yüksələnlər ən azı bürünc medalı təmin edirlər. //Apasport.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol