• $
  • £

"Qarabağ" üçün mühüm gün

24.11.2016 09:46
Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ” da növbəti oynununa çıxacaq.
 
J qrupunda çıxış edən "Qarabağ” üçün bugünkü oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar "Slovan”la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdir. Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi. Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində "Fiorentina”nı məğlub etməməlidir. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.
 
Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan "Qarabağ” autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan "Qarabağ” ardıcıl 3-cü qələbəsinə köklənib.
 
Digər təmsilçimiz  "Qəbələ” isə Belçikanın "Anderlext” klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk xal üçün "döyüşəcək”.  Ardıcıl 5 görüşdə uduzan "qırmızı-qaralar” belçikalılarla ev oyunlarımızdakı uğurlu ənənəni davam etdirməyə  iddialıdır. Belə ki, avrokuboklardakı bütün ev matçlarında klublarımız bu ölkədən olan rəqiblərini üstələyib. Lakin "Qəbələ” bu dəfə meydana baş məşqçisiz çıxacaq. Belə ki, cəzalı olan Qriqorçuk komandasını texniki zonadan kənardan idarə etməyə məcburdur.
 
Avropa Liqası, Qrup mərhələsi
V tur, 24 noyabr
J qrupu
 
22:00. "Slovan” (Liberets, Çexiya) – "Qarabağ” (Azərbaycan) 
Liberets. "U Nişi” stadionu 
 
20:00. "Qəbələ” (Azərbaycan) – "Anderlext” (Belçika) 
Bakı. 8-ci km qəsəbə stadionu


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol