• $
  • £

"Beşiktaş" məğlubiyyətdən yaxa qurtardı, "Barselona"dan qələbə

24.11.2016 09:10
Bu gün Çempionlar Liqasında V turun oyunları davam edəcək.

Sport7.az xəbər verir ki, azərbaycanlı azarkeşlərin də diqqəti İstanbula, "Beşiktaş" - "Benfika" qarşılaşmasına yönələcək. İstanbul təmsilçisi evdə 3 xal qazanacağı təqdirdə növbəti mərhələ şanslarını artıracaq. B qrupunun digər oyununda isə İtaliyada "Nappoli" və Ukrayna "Dinamo"su üz-üzə gələcək. 

A qrupundakı oyunların formal xarakter daşıdığını demək olar. Çünki İngiltərənin "Arsenal" və Fransanın PSJ klubu növbəti mərhələyə vəsiqəni təmin edib. Sadəcə qalan iki turda bu qrupda lider müəyyənləşəcək və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gələcək. 

C qrupunun lideri olan İspaniya "Barselona"sı sonuncu pillədə qərarlaşan Şotlandiyanın "Seltik" klubunun qonağı olacaq. "Barsa" böyük ölçüdə növbəti mərhələni təmin etsə də, bugünkü bir xal belə bunu rəsmiləşdirəcək. 

Digər oyunda isə Almaniyanın Münxenqladbax "Borussiya"sı İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Şəhərlilər" də ən azı bir xal sayəsində növbəti mərhələni rəsmiləşdirmiş olacaq.

D qrupunda da oyunlar yalnız lideri və Avropa Liqasına gedəcək komandanı müəyyənləşdirmək əhəmiyyəti daşıyır. İspaniyanın "Atletiko" və Almaniyanın "Bavariya" klubu liderlik mübarizəsi aparırsa, Rusiyanın "Rostov" və Hollandiyanın PSV klubu üçüncülük üçün yarışır.

A qrupu

"Arsenal” (İngiltərə) – PSJ (Fransa) - 2:2
Qollar: Jiru, 45 (pen.), Veratti, 60 (öz qapısına) - Kavani, 18, Moura, 77
 
"Ludoqorets” (Bolqarıstan) – "Bazel” (İsveçrə) - 0:0

B qrupu

"Beşiktaş” (Türkiyə) – "Benfika” (Portuqaliya) - 3:3
Qollar: Cenk Tosun, 58, Quaresma, 82 (pen.), Abubakar, 89 - Quedeş, 10, Semedo, 25, Feysa, 31
 
"Napoli” (İtaliya) – "Dinamo” (Kiyev, Ukrayna) - 0:0

C qrupu

"Borussiya” (Mönhenqladbax, Almaniya) – "Mançester Siti” (İngiltərə) - 1:1
Qollar: Raffael, 23 - David Silva, 45
 
"Seltik” (Şotlandiya) – "Barselona” (İspaniya) - 0:2
Qollar: Messi, 24, 55

D qrupu

"Rostov” (Rusiya) – "Bavariya (Almaniya) - 3:2
Qollar: Azmun, 44, Poloz, 50, Noboa, 67 - Duqlas Kosta, 36, Bernat, 52
 
"Atletiko” (İspaniya) – PSV (Hollandiya) - 2:0
Qollar: Qameyro, 55, Qrizman, 66

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol