• $
  • £

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək
27.11.2016 09:58
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Açılış oyunu Gəncədə olacaq. "Kəpəz" paytaxtın "Neftçi" klubunu qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə yer alıb. Meydan sahibləri 3 xal qazanarsa, 4-cü pilləyə qədər yüksələ bilər. "Neftçi" isə səfərdən 3 xal alarsa, yalnız bir pillə irəliləyərək "Kəpəz"i qabaqlaya bilər.
 
Komandalar bu günədək ölkə çempionatlarında 44 oyun keçirib. Bu görüşlərin 21-i "Neftçi"nin, 16-sı isə "Kəpəz"in qələbəsi ilə yekunlaşıb. Yeddi oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" 4 oyundur meydanı qolsuz tərk etmir və ardıcıl 3 matçda 2 qol vurub. Son 8 ev oyununda qələbə qazanmayan "Kəpəz" sonuncu dəfə 14 il əvvəl qonaqlara xal verməyib.

Günün son oyununda isə Premyer Liqanın autsayderi AZAL "Sumqayıt"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində 4-cü pilləyə qədər irəliləmək şansı qazanacaqsa, "təyyarəçilər" analoji halda yalnız xal ehtiyatını artırmış olacaq. Cütlük 21 dəfə bir-birinə qarşı mübarizə aparıb. Səkkiz oyunda AZAL, 4 oyunda isə "Sumqayıt" aktivinə 3 xal yazdırıb. Doqquz oyun isə heç-heçə başa çatıb. Səkkiz oyundur qonaq komanda qələbə qazana bilmir. AZAL son 9 matçda cəmi 1 dəfə uduzub.

Azərbaycan Premyer Liqası, XIII tur

27 noyabr

14:00. "Kəpəz" - "Neftçi"

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

16:00. AZAL - "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Vüsal Əliyev

"AZAL Arena"

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. //Report

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol