• $ 1.7
  • € 1.867
  • ₽ 2.0104
  • ₺ 0.0447
  • £ 2.1932

Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır

Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
29.05.2020 11:42
Gələn il Azərbaycanda əməkhaqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumunun həddinin tədricən artırılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub.

Layihədə qeyd olunub ki, gələn il, həmçinin əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri adları olanların, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 Yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü, deputat Vahid Əhmədov AzVision.az-a bildirib ki, manatın xarici valyuta qarşısında ucuzlaşmasının davam etdiyi zamanda pensiya, sosial müavinətlər, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən insanların əmək haqlarının artırılması zərurəti yaranır. 

"Xüsusilə təhsil, səhiyyə, müdafiə xərcləri müəyyən qədər artırılmalıdır. Dövlət büdcəsi müzakirə olunanda bu məsələlər qaldırılır. Məlumdur ki, cənab prezident 2017-ci ilin dövlət büdcəsində sosial layihələrə daha çox diqqət ayırıb. Dövlət büdcəsinin xərc hissəsisinin 6,6 milyard manatı sosial layihələrə ayrılıb, bu da 2016-cı ildən 4 faiz çoxdur. Sosial xərclərin maliyyələşməsində problemlər yaşanmasına baxmayaraq, artım olacaq. Maaşların artılması mühüm hadisədir. 2017-ci ildən sonra hər il bu məsələyə baxılacaq. Müəyyən qədər, imkan daxilində əmək haqları, sosial müavinətlər, pensiyalar artırılacaq”.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol