• $
  • £

Şevçenko: "Postsovet ölkələri məni maraqlandırmır"

Şevçenko:
29.11.2016 10:39
Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko hazırda Gürcüstanın baş naziri olan Kaxa Kaladze ilə birgə vaxtilə İtaliya "Milan"ında futbolçu kimi çıxış etdiyi halda, keçmiş SSRİ respublikalarından heç birinin nəhəng klublarda oynamamasının səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, 40 yaşlı mütəxəssis "kvirispalitra.ge"yə müsahibəsində postsovet ölkələrinin elə də maraqlandırmadıqlarını bildirib. O, fikrini SSRİ-nin artıq mövcud olmaması ilə əsaslandırıb: "Mən yalnız hazırda çətin dövr yaşayan Gürcüstan və Ukrayna futbolu barədə danışa bilərəm.
 
Çempionatlardakı maliyyələşmənin və klubların sayının azalması, bir çox məşhur futbolçunun yoxa çıxması kimi hallar oyunçuların ustalıqlarında əksini tapır".
 
Şevçenko ad çəkməsə də, xarici çempionatlarda çıxış edən bir çox ukraynalı futbolçunun ölkə millisinə namizəd olduqlarını söyləyib. Lakin baş məşqçinin fikrincə, ortada heç bir konkret nəticə yoxdur: "Bütün hallara fərdi qaydada yanaşmaq lazım gəlir. Bəzi oyunçular sabit çıxış etmirlər, bəziləri gəncdirlər. Zədə, uyğunlaşma prosesi və digər amillər də var. Vacib məsələ odur ki, öz komandanı tapasan, qarşına məqsəd qoyasan və ona nail olasan. O zaman nəticə də olacaq.
 
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında cəmi 2 ukraynalı legioner forma geyinir. Onlardan həm qapıçı Dmitri Bezotosnı, həm də müdafiəçi Vitali Vernidub "Qəbələ"də çıxış edir.  


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol