• $
  • £

"Formula 1"də yerli və xarici media arasında qeydiyyat prosesi fərqlənir - AÇIQLAMA

02.12.2016 15:20
"Mediaya xüsusi kartların verilməsi Azərbaycan tərəfindən tənzimlənmir”. 

ANN.Az xəbər verir ki, bunu "Formula 1” Baku Grand Prix Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai medianın yarışda rolu ilə bağlı sualları cavablandırarkən deyib. N. Arpadarai bildirib ki, bu məsələlər birbaşa olaraq, Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təşkil olunur:

"Beynəlxalq jurnalistlərə olan ayrıseçkiliklə bağlı yayılanlar tamamilə yanlış məlumatdır. Çünki ora gələn daimi media var. Elə jurnalistlər var ki, il boyu bütün yarışlarda iştirak etmək üçün xüsusi akkreditasiyaları var. Onlar istənilən yarışa rahat şəkildə gələ bilir. Ötən il Azərbaycan jurnalistləri üçün xüsusi qeydiyyat proseduru var idi. Hər kanaldan cəmi 1 jurnalist və 1 operator gələ bilərdi. Eyni zamanda, qeydiyyatdan keçmək üçün 4 kanal müraciət edə bilərdi. Lakin danışıqlar apardıq və kanalların sayı 7-ə çıxarıldı. Təəssüf ki, bizim buna təsir göstərmək imkanımız yox idi. Eyni zamanda, qəzet və internet portallar üçün də xüsusi qeydiyyat proseduru vardı. FİA əsas olaraq nəzərə alır ki, həmin portal il ərzində nə dərəcədə Bakı və beynəlxalq Qran Priləri işıqlandırır”. 

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol