• $
  • £

ÇL-da qrup mərhələsinə yekun vurulacaq

ÇL-da qrup mərhələsinə yekun vurulacaq
05.12.2016 16:03
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur.
 
Apasport.az saytının məlumatına görə, sabah və birigün son turun oyunları keçiriləcək.
 
Son tur öncəsi 8 qrupdan 5-də ilk iki yerin sahibləri bəllidi. 1/8 finala cəmi 4 boş yer qalıb ki, bunun ikisi sahibini B qrupunda gözləyir. Diqqətçəkən məqamlardan biri də bu turda 3 İspaniya klubu ilə 3 Almaniya təmsilçisinin dueli olacaq.
 
A qrupunda PSJ çox güman ki, qrupu zirvədə tamamlayacaq. "Arsenal”la eyni xala malik olan Fransa təmsilçisi şəxsi görüşlərdə üstün olduğundan, "Ludoqorets”i məğlub edəcəyi təqdirdə, digər matç önəmini itirəcək. Bolqarıstan təmsilçisi uduzsa belə, "Arsenal”ın "Bazel” səfərindən 3 xalla dönməsini arzulayacaq. Belə olarsa, "Ludoqorets” mübarizəni Avropa Liqasında davam etdirəcək.
 
Son turda bütün diqqətlər B qrupuna yönələcək. "Benfika”, "Napoli” və "Beşiktaş”ın avrokubokda yoluna davam edəcəyi dəqiqdi. Sadəcə, bu komandalardan biri Avropa Liqasına yuvarlanacaq. Son turda "Benfika” ilə "Napoli”nin üz-üzə gəlməsi Türkiyə klubunun ürəyincədi. "Ağ-qaralar” heç bir iddiası qalmayan "Dinamo”ya Kiyevdə qalib gələ bilsə, digər görüşün nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə adlayacaq. Əks təqdirdə "Beşiktaş” Avroliqaya gedəcək, "Benfika” ilə "Napoli” isə öz aralarında qrup liderini müəyyən edəcəklər. İstanbullular bərabərə qalarsa, o zaman digər cütlükdə "Benfika”nın qələbəsini arzulamalı olacaqlar.
 
C qrupunda son turun qarşılaşmaları formal xarakter daşıyır. Çünki "Barselona” və "Mançester Siti”nin 1/8 finala adlayacağı, Mönhenqladbax "Borussiya”sının isə Avroliqada mübarizəni davam etdirəcəyi dəqiqdi.
 
D qrupunda Avropa nəhəngləri "Bavariya” və "Atletiko”nun görüşü heç bir əhəmiyyət kəsb etmir. Hər iki komandanın bu matça ehtiyat heyəti buraxması istisna deyil. Ancaq PSV – "Rostov” oyununda prinsipiallıq olacaq. Rusiya təmsilçisi Hollandiyada məğlub olmasa, Avroliqada iştirak hüququ əldə edəcək.
 
E qrupunda da vəziyyət eynidi. İlk iki pillənin sahibləri "Bayer” və "Monako” öz aralarında formal matça çıxacaqlar. Ancaq "Tottenhem” – MOİK görüşü Avropa Liqasına yollanacaq komandanı müəyyənləşdirəcək. İngilisləri evdə 1 xal qane edirsə, MOİK Moksvaya qələbə ilə dönmək məcburiyyətindədi.
 
F qrupunda "Real”la Dortmund "Borussiya”sı "Santyaqo Bernabeu”da qrup liderini müəyyən edəcəklər. Rəqibindən 2 xal öndə olan almanlara Madriddə heç-heçə də bəs edir. "Legiya”nın qonağı olacaq "Sportinq” isə Avropa Liqasına keçid üçün Polşada məğlub olmamalıdı.
 
G qrupunu zirvədə tamamlayan "Lester” "Porto”nun qonağı olacaq. İngilislər çox güman ki, ehtiyat qüvvəni meydana buraxacaq ki, bu da növbəti mərhələ arzusunda olan portuqaliyalıların ürəyincədi. Əgər "Porto” evdə bərabərə qalsa və "Kopenhagen” "Brügge”ni səfərdə məğlub etsə, o zaman mərhələ adlayan tərəf danimarkalılar olacaq. Bu üzdən "Porto” işi şansa buraxmamaq üçün "Lester”ə Çempionlar Liqasında ilk məğlubiyyət acısını yaşatmalıdı.
 
"Yuventus”un H qrupunu lider kimi başa vuracağına şübhə yoxdu. Xal üzünə həsrət qalan Zaqreb "Dinamo”sunu qəbul edəcək Turin təmsilçisi çətin ki, rəqibinə şans versin. Ancaq "Lion” – "Sevilya” matçı böyük maraq kəsb edir. "Lion” əgər doğma arenasında "Sevilya”nı 2 top fərqi ilə məğlub edə bilsə, ÇL-də mübarizəni davam etdirəcək, ispanları isə Avroliqaya göndərəcək.
 
 
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
 
6 dekabr
 
A qrupu
23:45. "Bazel” (İsveçrə) – "Arsenal” (İngiltərə)
Baş hakim: Manuel de Souza (Portuqaliya)
 
23:45. PSJ (Fransa) – "Ludoqorets” (Bolqarıstan)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

 
B qrupu
23:45. "Benfika” (Portuqaliya) – "Napoli” (İtaliya)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
 
23:45. "Dinamo” (Kiyev, Ukrayna) – "Beşiktaş” (Türkiyə)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
 
C qrupu
23:45. "Barselona” (İspaniya) – "Borussiya” (Mönhenqladbax, Almaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya)
 
23:45. "Mançester Siti” (İngiltərə) – "Seltik” (Şotlandiya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)

 
D qrupu
23:45. "Bavariya” (Almaniya) – "Atletiko” (İspaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
 
23:45. PSV (Hollandiya) – "Rostov” (Rusiya)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)

7 dekabr
 
E qrupu
23:45. "Bayer” (Almaniya) – "Monako” (Fransa)
Baş hakim: Gidiminas Mazeyka (Litva)
 
23:45. "Tottenhem” (İngiltərə) – MOİK (Rusiya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
 
F qrupu
23:45. "Real” (İspaniya) – "Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
 
23:45. "Legiya” (Polşa) – "Sportinq” (Portuqaliya)
Baş hakim: Canluka Rokki (İtaliya)
 
G qrupu
23:45. "Brügge” (Belçika) – "Kopenhagen” (Danimarka)
Baş hakim: Maykl Oliver (İngiltərə)
 
23:45. "Porto” (Portuqaliya) – "Lester” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya)
 
H qrupu
23:45. "Yuventus” (İtaliya) – "Dinamo” (Zaqreb, Xorvatiya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
 
23:45. "Lion” (Fransa) – "Sevilya” (İspaniya)
Baş hakim: Yonas Eriksson (İsveç)


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol