• $
  • £

Azərbaycan cüdoçuları reytinq siyahısına başçılıq edir

Azərbaycan cüdoçuları reytinq siyahısına başçılıq edir
05.12.2016 22:02
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən, Rio Olimpiya Oyunlarında Azərbaycana gümüş medallar qazandıran Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər. Hər iki cüdoçumuz bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlində birinci yeri tuturlar.

2016-cı il Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov (60 kq) 2-ci pillədə qərarlaşıb. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Nicat Şıxəlizadə daha 2 pillə geriləyərək 12-ci yerdə gedir. Elxan Məmmədov (100 kq), İlqar Müşkiyev (60 kq), Məmmədəli Mehdiyev (90 kq) müvafiq olaraq 7-ci, 14-cü, 20-ci yeri tuturlar.

Ağır çəkili cüdoçumuz Uşangi Kokauri isə reytinq cədvəlinin 18-ci pilləsindədir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol