• $
  • £

Çempionlar Liqasında VI turun ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında VI turun ilk oyunları keçirilib - NƏTİCƏLƏR
07.12.2016 09:14
Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulur. Apasport.az saytının məlumatına görə, ilk olaraq A, B, C və D qruplarının matçları baş tutub
 
Maraqlıdı ki, bu oyunlara qədər yalnız B qrupunda mərhələ adlayan komandalar bəlli deyildi. C qrupunun görüşləri isə konkret formal xarakter daşıyırdı.
 
A qrupunda "Ludoqorets”i qəbul edən PSJ öz meydanında bərabərliyə razılaşaraq, qrupdan ikinci olaraq çıxıb. "Bazel" isə doğma meydanda "Arsenal"a uduzaraq Avroliqaya vəsiqə verən 3-cü pilləni də əldən verib. "Ludoqorets”in Parisdə aldığı 1 xal onlara kömək olub.
 
B qrupunda son tur öncəsi 3 komanda – "Benfika”, "Napoli” və "Beşiktaş”ın şansları olsa da, istanbullular üçün ÇL faciə ilə başa çatdı. Belə ki, Şenol Günəşin komandası heç bir iddiası olmayan "Dinamo"ya Kiyevdə 0:6 hesabı ilə uduzaraq üçüncü pilləyə yuvarlanıb. "Napoli" isə səfərdə "Benfika"nı məğlub edərək liderliyi əldə edib.
 
C qrupunda "Barselona” lider, "Mançester Siti” isə ikinci yerin sahibi kimi 1/8 finala vəsiqəni rəsmiləşdirmişdisə, Möhnenqladbax "Borussiya”sının da Avropa Liqasında iştirak edəcəyi dəqiq idi. Bu üzdən son turun qarşılaşmalarının heç bir önəmi yox idi. Bununla belə Kataloniyadakı matç kifayət qədər maraqlı alınıb. 4:0 qələbədə Arda Turan het-triklə diqqət çəkib.
 
D qrupunda da "Bavariya” - "Atletiko” matçı formal xarakter daşıyırdı. Hətta birincilərin qələbəsi də lideri dəyişmədi. Digər oyunda isə "Rostov" PSV ilə səfərdə qolsuz bərabərliyə razılaşaraq qrupu 3-cü pillədə başa vurdu.
 
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
 
6 dekabr
 
A qrupu
"Bazel” (İsveçrə) – "Arsenal” (İngiltərə) - 1:4
Qollar: Dumbia, 78 - Perez, 8, 16, 47, İvobi, 54
Baş hakim: Manuel de Souza (Portuqaliya)
 
PSJ (Fransa) – "Ludoqorets” (Bolqarıstan) - 2:2
Qollar: Kavani, 61, Di Mariya, 90+2 - Mijican, 15, Vanderson, 69
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
 
B qrupu
"Benfika” (Portuqaliya) – "Napoli” (İtaliya) - 1:2
Qollar: Ximenez, 87 - Kaleyxon, 60, Mertens, 79
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
 
"Dinamo” (Kiyev, Ukrayna) – "Beşiktaş” (Türkiyə) - 6:0
Qırmızı vərəqələr: Bek, 29, Abubakar, 56 ("Beşiktaş")
Qollar: Besedin, 9, Yarmolenko, 31 (pen.), Buyalski, 33, Qonzales, 45+3, Sidorçuk, 60, Moraeş, 77
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
 

C qrupu
"Barselona” (İspaniya) – "Borussiya” (Mönhenqladbax, Almaniya) - 4:0
Qollar: Messi, 16, Arda, 50, 53, 67
Baş hakim: Sergey Karasyov (Rusiya)
 
"Mançester Siti” (İngiltərə) – "Seltik” (Şotlandiya) - 1:1
Qollar: İhenaço, 8 - Roberts, 4
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
 
 
D qrupu
"Bavariya” (Almaniya) – "Atletiko” (İspaniya) - 1:0
Qol: Levandovski, 28
Baş hakim: Klemen Turpin (Fransa)
 
PSV (Hollandiya) – "Rostov” (Rusiya) - 0:0
Baş hakim: Dəniz Aytəkin (Almaniya)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol