• $
  • £

“Qarabağ”ın futbolçusu saxlanıldı

“Qarabağ”ın futbolçusu saxlanıldı
08.12.2016 12:43
Tanınmış futbolçu, "Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib.

Belə ki, qolkiper idarə etdiyi "BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes” markalı avtomobili vurub.

"Mercedes”də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir.

Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına "Neftçi”də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt” və "Mil Muğan” da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Ayntraxt”a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ”la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

"Qarabağ”ın mətbuat xidməti məlumatı təsdiq edib.

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır. Qurban Qurbanovun komandası 1/16 finala adlamaq üçün italyanlarla oyunda sərfəli nəticə qazanmalıdır.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol